AZ

TÜRKSOY-un Aşqabadda keçirdiyi beynəlxalq müsabiqənin nəticələri açıqlanıb

Yazını böyüt
Yazını kiçilt

Aşqabadda 2024-cü ilin “Türk dünyasının böyük şair və mütəfəkkiri Məxtimqulu Fraqi ili” elan edilməsi və Anau şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi münasibətilə gənc rəssamlar üçün keçirilən beynəlxalq inşa və rəsm müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Hafta.az-ın yazdığına görə, TÜRKSOY-un himayəsi altında keçirilən beynəlxalq müsabiqələrin münsiflər heyəti hər bir ölkə üzrə ayrı-ayrılıqda qalibləri müəyyən edib.

Əvvəlcə “Məxtumquli Fraqi – mütəfəkkir və şair” müsabiqəsinin ən yaxşı gənc iştirakçılarına mükafatlar təqdim olunub.

Sonra türk ölkələrinin gənc rəssamları arasında “Türk xalqlarının mədəni irsi və Anau mədəniyyəti” beynəlxalq müsabiqəsinin qaliblərinin adları açıqlanıb.

Bu tədbirlərin keçirilməsi türk dünyası gəncləri arasında mədəni dialoqun fəallaşmasının daha bir təsdiqi oldu.

Seçilən
15
hafta.az

1Mənbələr