“Dayanıqlılıq yeni yaşam növüdür və buna görə də bizim həm sənaye, həm təhsilə, universitetlərə ehtiyacımız var. Bizim qeyri-hökumət təşkilatlarına və sizə ehtiyacımız var, çünki biz birinci necə idarə etməyi öyrənməliyik. Bu haqda siz danışdınız, ancaq icazənizlə çox kiçik məsləhətlərim olacaq. Mən dayanıqlılıqla əlaqəli olan tibb məzunuyam.Bir neçə il qabaq həmin universitetin idarə heyətinin üzvü də oldum. Biz tələbələr üçüm dərslik hazırladıq. Ondan təkcə dayanıqlılıq üzrə təhsil alanlar yox, bütün tələbələr istifadə edə bilər.”
Bu fikirləri Finlandiyanın sabiq Prezidenti Tarya Halonen COP29 çərçivəsində “Yaşıl gələcək üçün insan kapitalının artırılması” mövzusunda keçirilən tədbirdə bildirib.
Tarya Halonen vurğulayıb ki, ilk olaraq fin dilində hazırladıq, çünki professor əmin olmaq istəyirdi ki, fin dilində bu sahədə bizim bütün düzgün terminlərimiz var və tələbələr onları öyrənəcəklər: “Ancaq əlbəttə ki, bizdə əcnəbi tələbələr də oxuyur və ya bu gün olduğu kimi müxtəlif beynəlxalq arenalara çıxırıq. Ona görə, kitabı ingilis dilində də çap etdik və o artıq əlçatandır. Bu çox zəruri idi. düşünürəm ki, artıq hər kəs dayədən müəllimə, müəllimdən mühəndisə qədər hər kəs, hər bir kəs bu yeni yaşam növündən xəbərdar olmalıdır.”
Orxan Vahidoğlu, "İki sahil"