AZ

"Nensi Pelosi bitdi - 1 milyard dollarlıq seçki məğlubiyyətinin əsas günahkarı odur" - NYP

"Pelosi haqqında "strateji dahilik" mifinin məhv olması vaxtıdır. Demokratların 1 milyard dollarlıq seçki məğlubiyyətində heç kim Nensi Pelosi qədər günahlandırılmağa layiq deyil".  

Qaynarinfo-nun verdiyi xəbərə görə, bu barədə "Nyu York Post" qəzetində dərc edilən tənqidi məqalədə deyilir. 

Miranda Devinenin qələmə aldığı "Nensi Pelosi bitdi — Demokratların 1 milyard dollarlıq məğlubiyyətinin əsas günahkarı odur" adlı məqalədə deyilir:

"... Onun sərt rəhbərliyi dövründə partiyası Ağ Ev, Nümayəndələr Palatası, Senat və ümumi səsvermədə üstünlüyü itirdi. Bunu nə qədər tənqid etsək, azdır.  

Seçicilər ölkənin hər yerində, hətta Pelosinin ən güclü dayağı hesab edilən San-Fransiskoda belə, Demokratlara "yox" dedi. Burada Donald Trampa qarşı 7 faiz səs dəyişikliyi baş verdi. Pelosi, iki dəfə Nümayəndələr Palatasında nəzarəti itirən yeganə spikerdir.  

O, bitdi.  

Amma hələ də 2026-cı ildə yenidən seçkiyə qatılmaq üçün sənədlərini təqdim etməklə, özü üçün başqa bir müddət tələb edir. O vaxt 86 yaşı olacaq, Trampın ikinci müddətinin sonunda isə 88 yaşına çatacaq.  

Bəs adam həddini bilməzmi?

Taktika, radikalizm və parçalanma  

Onun partizan sərtliyi və taktiki hiylələri partiyasına heç bir fayda vermədi. Əksinə, bu, radikal sol qanadla sağlam düşüncəli moderatçılar (orta xətt tərəfdarları- red.) arasında qaçılmaz qarşıdurmanı yalnız təxirə saldı. Təəssüf ki, moderatçılar Pelosinin hakimiyyəti dövründə partiyanı tərk etdilər.  
 


Yalanlar və daxili çəkişmələr  

Əgər Respublikaçılar Partiyası Trampın partiyasıdırsa, Demokratlar Partiyası Pelosinin partiyasıdır. Amma bu, qarşılıqlı ittihamların və qəzəbin hökm sürdüyü bir bataqlığa çevrilib. Demokratlar və onların media tərəfdaşları Trampı nasizmə bənzətsələr də, amerikalıların çoxu bununla razılaşmadı.  

Pelosi isə partiyasının acınacaqlı vəziyyəti ilə üzləşərkən, Prezident Co Baydenə qarşı ittihamlar səsləndirərək öz partiyasında narazılığa səbəb olub.  
 

Siyasi irsə narazılıq  

Demokratların gənc liderlərindən Hakeem Ceffriz Pelosinin hərəkətlərini "hörmətsizlik" kimi qiymətləndirənlərdən biridir. Senator Con Fetterman isə Pelosinin yaşı və mirasının partiya üçün problem yaratdığını vurğulayıb.  

İki onillik ərzində Pelosinin hakimiyyəti Demokrat Partiyasını parçalanma, senzura və korporativ maraqların təsiri altında idarə olunan bir quruma çevirdi.  

Pelosi getməli və partiyasına yeni bir dövrün başlanğıcı üçün imkan yaratmalıdır".  

Qeyd edək ki, Nensi Pelosi Konqresdə ermənilərin sıx yaşadığı Kaliforniyanı təmsil edir və erməni aşiqi kimi tanınır. Bu ilin sentyabr ayında ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri kimi Ermənistana 3 günlük səfəri və Azərbaycan əleyhinə açıqlamaları da hiddət doğurmuşdu.

Aydın
Seçilən
28
qaynarinfo.az

1Mənbələr