ABŞ prezidenti Co Bayden ilk dəfə olaraq Ukraynanın Rusiya ərazisini vurması üçün Birləşmiş Ştatların uzaqmənzilli raketlərindən istifadəsinə icazə verib.
Publika.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti ABŞ administrasiyasının anonim nümayəndələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, söhbət ATACMS raketlərindən gedir.
Rusiya prezidenti Vladimir Putin daha əvvəl ABŞ-ın uzaqmənzilli silahlarının Rusiya ərazisinə hücumları barədə danışıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə Kreml rəhbərinin Baydenin qərarı ilə bağlı reaksiyasını şərh edərkən bildirib.
"Prezident bu məsələ ilə bağlı danışıb", - deyə vurğulayıb.