AZ

Azərbaycan neftinin son 30 ildə orta qiyməti açıqlandı

1995-ci ildən bu günə qədər dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin orta illik qiyməti 58,9 ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaya və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə bağlı müzakirələrdə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

"30 il ərzində ən aşağı qiymət 43,2 ABŞ dolları olub. Biz neftin orta illik qiyməti götürməliyik. Gələn ilin dövlət büdcəsində neftin qiyməti 1 barel üçün 70 ABŞ dolları nəzərdə tutulub. Hansısa gün qiymət 69 ABŞ dolları olarsa, bundan təşvişə düşmək lazım deyil. Ümumiyyətlə isə cari əməliyyatlar balansının profisitli olması üçün qiymətin 40-45 ABŞ dolları olması bəs edir", - deyə o qeyd edib.

Seçilən
20
13
bakivaxti.az

10Mənbələr