AZ

"Bu hadisə yalnız Peloniyə deyil, digərlərinə də dərs olmalıdır" — Politoloq

"Amerikalı ermənipərəst konqresmenin Azərbaycana səfərinin etirazla qarşılanacağı gözlənilən idi. Bu baş verdi. Bu şəxs Azərbaycana qarşı açıq düşmənçilik mövqeyində olan biridir. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı olan çıxışları ilə məşhurdur. Azərbaycana qarşı çıxışlar edərək erməniləri dəstəkləyib. Bunun müqabilində erməni diasporasından külli miqdarda vəsaitlər alıb. Bütün bunlar məlum olduğu halda ölkəmizə səfərə gəlib, çıxış etməyi düşünürdü. Ona qarşı bu qədər qəzəb gözlənilən idi".

Bu sözləri Demokrat.az-a politoloq Oqtay Qasımov deyib: 

"Bu hadisə yalnız Frank Peloniyə deyil, digərlərinə də dərs olmalıdır. Çünki Peloni 25 il öncə də Azərbaycana səfər etmişdi. O zaman da fəaliyyəti ilə bağlı ona iradlar bildirilmişdi. O isə tamamilə şəxsi maraqlarını güdərək beynəlxalq hüquq və ərazilərin suverenliyi ilə bağlı məsələləri tamamilə arxa plana atır. 

Azərbaycana qarşı davamlı düşmənçilik siyasəti aparır. Bu onu göstərdi ki, artıq Azərbaycan xalqı ona qarşı edilən yaxşılıqları və pislikləri unutmur. Bunun da cavabını verməyə hazırıq. Peloninin dünən etirazlarla qarşılanması və tədbirdə iştirak edə bilməməsi ona dərs olmalıdır". 

Əfsanə Kamal
Demokrat.az
Seçilən
26
demokrat.az

1Mənbələr