AZ

"General Motors" mindən çox işçisini ixtisar edir

"General Motors" bütün dünyada mindən çox əməkdaşını, o cümlədən Miçiqan ştatının Uorren şəhərindəki əsas mühəndislik mərkəzində 507 işçini ixtisar edəcək.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

"Avtomobil istehsalçısı gələn il elektrikli nəqliyyat vasitələrinin itkilərini 2-4 milyard dollar  azaltmaq niyyətindədir. Dövlət sənədləri göstərir ki, ixtisarlar GM-in Miçiqan ştatının Warren şəhərindəki texniki mərkəzindəki 507 işçini əhatə edəcək", -  agentlik yazıb. 

GM yüksək dəyərli elektrik nəqliyyat vasitələrinin inkişafı və proqram təminatı sahəsində lider olmağı hədəfləyir. Konsernin özü ixtisarla bağlı məlumatı təsdiqləsə də, işsiz qalacaq işçilərin dəqiq sayını açıqlamayıb.

Seçilən
4
unikal.az

1Mənbələr