AZ

"Baydenin qərarı Rusiyanı hiddətləndirəcək" - "Sky News"

ABŞ prezidenti Cozef Baydenin Ukraynaya verdiyi icazə-uzaqmənzilli ATACMS raketləri ilə Rusiyanın dərinliklərinə zərbə endirilməsi qərarı Kiyevdə sevinclə qarşılanacaq. Bu,  “ABŞ siyasətində heyrətamiz dəyişiklik” idi və çox güman ki, Britaniyanı da Vaşinqtonun yolu ilə getməyə vadar edəcək. Bu barədə Sky News yazıb. 

Məqalədən belə məlum olur ki, Donald Tramp ABŞ prezidenti vəzifəsinə başlamazdan bir neçə həftə əvvəl Vaşinqton öz siyasətində gözlənilməz və inanılmaz dəyişiklik edib. Müəllifin fikrincə, hadisələrin bu cür inkişafı Moskvanı hiddətləndirəcək. Həmçinin, bu, münaqişənin sonrakı gedişi ilə bağlı qeyri-müəyyənliyi artıracaq.

Eyni zamanda, məqalədə qeyd olunub ki, Rusiyanın dərinliklərinə zərbə endirmək üçün verilmiş qalmaqallı icazə Ukraynaya dəstək mənasında mühüm addım olub: "Amma, Amerika raketlərindən istifadə etmək imkanı qələbəyə doğru atılan addım deyil”.

Xatırladaq ki, dünən “New York Times” (NYT) öz mənbələrinə istinadən diqqət çəkən məlumat yaymışdı. Nəşr iddia edib ki, ABŞ prezidenti Cozef Bayden ilk dəfə olaraq Ukraynaya Rusiya ərazisinə hücum etmək üçün ATACMS raketlərindən istifadə etməyə icazə verib.

Tural

Seçilən
11
50
news365.az

10Mənbələr