AZ

Qısa yuxular qan şəkərinin səviyyəsinə necə təsir edir?

Berlin Endokrinoloji Klinikası və İsveçrə Yuxu İnstitutunun alimləri tərəfindən aparılan araşdırmada 2-ci tip şəkərli diabetdən əziyyət çəkən 1200 xəstə iştirak edib.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatın nəticələri “Nature” jurnalında dərc olunub.

İştirakçılar iki qrupa bölünüblər: birinci qrup nahardan sonra 15-20 dəqiqə uzanaraq və ya oturaraq vaxt keçirib, ikinci qrup isə yuxuya getməyə çalışıb.

Məlum olub ki, 15-20 dəqiqəlik yuxu bədəndəki şəkər konsentrasiyasını adi istirahətə nisbətən 25-30% daha effektiv azaltmağa kömək edib. Maraqlıdır ki, uzun müddət yuxu qan şəkərinin yüksəlməsinə səbəb ola bilər.

Seçilən
42
medianews.az

1Mənbələr