AZ

Türkiyə HƏMAS-ın ofisinin ölkəyə köçməsi ilə bağlı xəbərləri təkzib etdi

Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib ki, HƏMAS-ın siyasi bürosunun üzvləri yalnız "vaxtaşırı" ölkəyə səfər edirlər və onların ofisinin Türkiyəyə köçməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil.

Musavat.com xəbər verir ki, İsrail mətbuatı daha əvvəl HƏMAS rəhbərliyinin ailələri ilə birlikdə Qətərdən Türkiyəyə köçdüyünü və bu addımın Dohanın Qəzza müharibəsinin dayandırılması üçün vasitəçilik səylərindən imtina etməsindən sonra atıldığını iddia etmişdi.

Ankara bu xəbərləri əsassız adlandırıb.

Seçilən
11
musavat.com

1Mənbələr