AZ

HƏMAS Türkiyəyə sığınıb? - Rəsmi CAVAB

HƏMAS qruplaşmasının Siyasi Bürosunun Türkiyəyə köçürüldüyü barədə xəbərlər yayılıb.

 

Modern.az-ın məlumatına görə, bir sıra ərəb mənbələri Qətərdəki Siyasi Büronun Türkiyəyə köçürüldüyünü iddia edib. 

 

İddialar Qətərin İsrail-HƏMAS danışıqlarında vasitəçiliyi dayandırmasından sonra ortaya çıxıb.

 

Ancaq Türkiyə hökuməti sözügedən iddiaları təkzib edib. “HƏMAS Siyasi Bürosunun Türkiyəyə köçməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir”, - Türkiyə Xarici İşlər Nazirliyindən "Anadolu" agentliyinə bildirilib.

Seçilən
18
modern.az

1Mənbələr