AZ

Rusiya Odessanı vurdu - 8 nəfər ölüb

“Rusiyanın Ukraynanın Odessa şəhərinə raket hücumu nəticəsində azı 8 nəfər həlak olub”.

Missiya.Az xəbər verir ki, bu barədə Odessa meri Gennadi Truxanov özünün “Teleqram” kanalında məlumat yayıb.

O, bildirib ki, düşmən məkrli şəkildə yaşayış binasına raket zərbəsi endirib. 

“İlkin olaraq, rusların hücumu nəticəsində 8 nəfər ölüb, 18 nəfər yaralanıb. Xəsarət alanlar arasında bir uşaq da var. Dörd nəfərin vəziyyəti ağırdır”, - deyə Truxanov vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
22
missiya.az

1Mənbələr