Ölkənin
birinci bankı Kapital Bank Türkiyənin nüfuzlu "Felis” mükafatına layiq görülüb.
"Felis” hər il Türkiyə və Azərbaycan reklam bazarında yaradıcı yanaşma ilə
seçilən və fərq yaradan layihələrə təqdim edilir. Bu il kreativliyi və uğuru ilə
fərqlənənlər sırasında Kapital Bank komandasının həyata keçirdiyi 4 layihə də var.
"Digital
& Mobile” ("Rəqəmsal və Mobil”) bölməsində "SMM və Digital Campaign” ("Sosial
media marketinq və rəqəmsal kampaniya”) kateqoriyasında qızıl "Felis”i Qırmızı
Ürəklər Fondunun həyata keçirdiyi "Türkiyə üçün bir ürək olaq” layihəsi
qazanıb. Xatırladaq ki, Fond 2023-cü ilin fevral ayında Türkiyənin müxtəlif
bölgələrində insan təlafatı ilə nəticələnən zəlzələ zamanı ianə aksiyası
başlatmış və qısa zamanda 750 000 manat toplayaraq qardaş ölkəyə göndərmişdi.
Kapital
Bank-ın 28 May Müstəqillik Günü münasibəti ilə "TikTok” sosial şəbəkəsi üçün
hazırladığı "Cümhuriyyətin İzi” adlı filter cari ilin seçilən ideyalarından
biri oldu. Ümumilikdə 50 000 istifadəçinin video çəkərək paylaşdığı və həmin
videoların 30 milyondan çox baxış yığdığı layihə rekord göstərici ilə "User
participation” ("İstifadəçi aktivliyi”) və "Use of Technology” ("Texnologiyadan
istifadə”) kateqoriyalarında 2 "Felis” qazandı.
Bankın
"Ağıllı nağıllar” reklam agentliyi ilə birgə hazırladığı "Birbank x Paster”
video çarxı qısa müddətdə izləyicilər tərəfindən çox sevildi və yerli bazarda fərq
yarada bildi. Nəticədə layihə "Design & Branding” ("Dizayn və Brendinq”) bölməsində
"Moving Image Design” ("Hərəkətli foto dizayn”) kateqoriyasında qalib oldu.
Bu
mükafatlar Kapital Bank-ın reklam və marketinq sahəsində də innovasiyalar yaradaraq
kreativ liderliyini bir daha təsdiqləyir.
www.anews.az