Ukraynada Odessa vilayətinin Berezovski rayonunda kişi beş yaşlı qızın başını kəsib.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Respublikanın Milli Polisi Facebook-da məlumat yayıb.
Şöbədən bildirilib ki, kişi bütün gecəni alkoqol qəbul edib. Səhər olduqda isə, onunla qalan qadının beş yaşlı nəvəsinin yuxudan oyanması kişinin xoşuna gəlməyib. O, balta ilə azyaşlının onun başını kəsib.
Həmin vaxt evdə başqa uşaqların da olduğu qeyd edilir. Etdiyini anlayan ukraynalı polisə zəng edib və intihar etmək istəyib. Lakin o saxlanılıb və ona tibbi yardım göstərilib.
Məlumata görə, şübhəli şəxs məzuniyyətə gəlmiş Ukrayna Silahlı Qüvvələrinin əsgəridir.