AZ

“Gözləntilərimiz bu idi ki, Türkiyə şərait yaradacaq, İsrail Prezidenti gəlib COP29-da iştirak edəcək” - AÇIQLAMA

“Azərbaycan çalışırdı ki, COP29-da İsrail tərəfi də iştirak etsin. Çünki bu, beynəlxalq tədbirdə iştirak edən ölkə liderlərinin sayının artmasına gətirib çıxaracaqdı. Hər iştirakçı dövlət COP29-a qatılmaqla tədbirin nüfuzuna, böyüklüyünə ciddi töhfə vermiş olur. Buna görə də bizim üçün İsrail dövlətinin liderinin tədbirdə iştirak etməsinin əhəmiyyəti var idi və Azərbaycan bunu arzulayırdı. Biz məsələlərə hər bir dövlətin digər dövlətlə münasibəti çərçivəsində yanaşmasının tərəfdarı deyilik. Kiminsə hansısa dövlətlə problemləri ola bilər. Biz hər bir dövlətlə müstəqil siyasət həyata keçiririk. Münasibətlərimizi bir dövlətin digər dövlətlə münasibəti əsasında qurmuruq. Hansısa dövlətin digər dövlətlə əlaqələri yaxşı olmaya bilər, amma bu, üçüncü dövlətlə münasibətlərə xələl gətirməməlidir”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. 

 

“Gözləntilərimiz bu idi ki, Türkiyə tərəfi şərait yaradacaq, İsrail Prezidenti də gəlib COP29-da iştirak edəcək. Düşünürük ki, Türkiyə tərəfi də bunu nəzərə almalı, İsrail Prezidentinin Azərbaycana səfərə gəlməsi üçün şərait yaratmalı idi. COP29-un bizim üçün xüsusi önəmi var. Əvvəlki dövrlərdə Türkiyə digər ölkələrin rəhbərlərinə, nümayəndələrinə bu cür səfərlər üçün şərait yaratmışdı. Görürük ki, hansı ölkənin rəhbəri Türkiyə ərazisindən keçməklə digər ölkədə konfransda, tədbirdə iştirak edir. COP29-la da bağlı bu məsələnin tənzimlənməsini arzulayırdıq. Hesab edirəm, gələcəkdə bu kimi məqamlar, Azərbaycanın yanaşması, mövqeyi qardaş və dost Türkiyə tərəfindən mütləq nəzərə alınacaq. Çünki bizim dostluğumuz, qardaşlığımız, müttəfiqliyimiz var. Hər zaman bir-birimizin yanında olmuşuq. Bu gündən sonra da mütləq olmalıyıq...”, - deputat bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 18 Noyabr 2024, 15:42   
Seçilən
14
pravda.az

1Mənbələr