AZ

Bu, səhiyyə sistemlərinin dayanıqlılığına təhlükə yaradır

İqlim dəyişikliyinin nəticələri artıq bütün dünyada hiss olunur. Bu nəticələr təkcə əhalinin rifahına deyil, həm də xüsusilə aşağı və orta gəlirli ölkələrdə səhiyyə sistemlərinin dayanıqlılığına təhlükə yaradır.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev Bakıda COP29 çərçivəsində səhiyyə məsələləri üzrə yüksək səviyyəli nazirlər görüşündə bildirib.

"Bu gün biz bu çağırışlara qarşı kollektiv səylərimizdə mühüm addım atırıq. Ümumdünya Səhiyyə Təşkilatı ilə birlikdə iqlim dəyişikliyi və sağlamlıq məsələlərinin qlobal gündəliyin mərkəzində qalmasına çalışırıq”, - o vurğulayıb.

T.Musayev qeyd edib ki, bunun üçün Azərbaycanın Böyük Britaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Braziliya ilə tərəfdaşlıqda əlaqələndirəcəyi “İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası" yaradılacaq.

Seçilən
25
publika.az

1Mənbələr