Neçə müddətdi, xərçəng xəstəliyindən müalicə olunan sabiq yarımmüdafiəçinin vəziyyəti pisləşib və o, xəstəxanaya yerləşdirilib. Onun həyat yoldaşı Neslihan Havutçu bunları deyib:
''Tayfur xəstəliyi üzündən tez-tez xəstəxanaya gedib analizlər verir. Son analizdə bəzi göstəricilər yüksək çıxdığı üçün müvəqqəti xəstəxanaya yerləşdirilməsinə qərar verilib. Göstəriciləri artıq normallaşmağa başlayıb. Allahın köməyi ilə hər şeyin qaydasına düşəcəyinə inanırıq''.
1970-ci ildə Almaniyada doğulan və Almaniya vətəndaşlığı da olan Havutçu ''Darmştadt''a karyerasına başladıqdan sonra 1993-də Türkiyəyə gəlib. 2 il ''Fənərbaxça'' və 2 il ''Kocaelispor''da oyandıqdan sonra karyerasının son 9 ilini ''Beşiktaş''da keçirib. Burda uzun müddət kapitan sarğısını da daşıyıb. ''Beşiktaş''ın əfsanəvi prezidenti Süleyman Səbanın yaxın qohumu olan Havutçu futbolçu karyerasında 5 titul qazanıb. Məşqçi kimi ''Beşiktaş'', ''Adana Dəmirspor'', ''Kasımpaşa''nı çalışdırıb. Türkiyə yığmasında köməkçi məşqçi funksiyasını da icra edib. ''Beşiktaş'' 2011-də Türkiyə kubokunu məhz onun başçılığı altında qazanıb.
ƏLİ