AZ

19 bazar subyekti tərəfindən haqsız rəqabətə yolvermə əlamətləri könüllü şəkildə aradan qaldırılıb

Rəqabət qanunvericiliyinə əsasən, rəqibin adından və ya onun əmtəə nişanından qanunsuz istifadə edilməsi rəqibin sahibkarlıq fəaliyyətini təqlid edən hərəkətlər hesab edilir.

Bu kimi haqsız rəqabət hallarının qarşısının alınması istiqamətində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən həyata keçirilən kompleks tədbirlər davam etdirilir.

Dövlət Xidmətinin məlumatına görə, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yolvermə əlamətləri 19 bazar subyekti tərəfindən könüllü şəkildə aradan qaldırılıb.

Seçilən
7
vergiler.az

1Mənbələr