AZ

“Qazprom” “Forbes”in Rusiya şirkətləri reytinqinə başçılıq edir – Siyahı


“Qazprom” investisiyaların həcminə görə ən böyük Rusiya şirkətlərinin “Forbes” reytinqində birinci yeri tutub.
Yeniavaz.com
xəbər verir ki, şirkətin 2023-cü ildə investisiyası 2,5 trilyon rubl təşkil edib.
Siyahıda ikinci yeri “Rosneft” neft şirkəti (1,3 trilyon rubl) tutub. İlk üçlüyü Rusiya Dəmir Yolları tamamlayıb. Şirkət investisiya xərclərini 1,26 trilyon rubla qədər artırıb ki, bu da 2003-cü ildə holdinqin yaradılmasından bəri ən yüksək nəticədir.
Ən böyük investor şirkətlər onluğuna həmçinin, “Atomenerqoprom” (753,5 milyard rubl), “Rosseti” (468,9 milyard rubl), “Transneft” (271,8 milyard rubl), “Surqutnefteqaz” (265 milyard rubl), “Norilsk Nikel” (264,2 milyard rubl), “Tatneft” (263,3 milyard rubl) və “Moskva Metropoliteni” (239,1 milyard rubl) daxildir.
Nəşrin məlumatına görə, reytinqdə iştirak edən 70 şirkətin ümumi investisiyaları 2023-cü ildə 25% artaraq 12,06 trilyon rubla çatıb.
Reytinqdə yer alan şirkətlər 2023-cü il üçün investisiyaların həcminə görə sıralanıb ki, onların məbləğində əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alınması, nəzarət olunmayan payların geri alınması, birgə müəssisələrə və assosiasiyalı şirkətlərə investisiyalar, habelə yeni bizneslər nəzərə alınıb.
Seçilən
23
yeniavaz.com

1Mənbələr