AZ

Uğursuz zarafat 7 oyunluq diskvalifikasiya və pul cəzası ilə nəticələndi

İngiltərə Futbol Assosiasiyası "Tottenhem"in futbolçusu Rodriqo Bentankuru 7 oyunluq cəzalandırıb.

Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi cənubi koreyalı komanda yoldaşı Son Hın Minə qarşı irqçilik etdiyi üçün diskvalifikasiya olunub.

Uruqvaylı futbolçu 120 min avro cərimə də ödəyəcək.

Qeyd edək ki, Bentankur yayda verdiyi müsahibələrinin birində Son Hın Min haqqında danışarkən zarafatca koreyalıları ayırd etməyin çətin olduğunu demişdi. Cənubi amerikalı daha sonra asiyalı komanda yoldaşından üzr istəsə də, bu, onun cəzasız qalmasına kifayət etməyib.

Seçilən
5
fanat.az

1Mənbələr