AZ

Kartofun qiyməti keçən illə müqayisədə bahalaşıb - Ekspert səbəbləri açıqladı

Rusiya Azərbaycandan kartof idxalını artırmaq istəyir. Bu barədə Rusiyanın Qida Məhsulları İstehsalçıları və Təchizatçıları Assosiasiyasının ("Rusprodsoyuz") İdarə Heyətinin sədr müavini Dmitri Leonov bildirib. 2024-cü ildə Rusiyanın kartof ehtiyacının 85,3%-ni Misir, Azərbaycan, Çin və Pakistan qarşılayıb.

“Operativ Media”nın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu ilin 9 ayında Azərbaycan 80,955,06 ton kartof idxal edib. Bu məhsulun dəyəri isə 21,481,95 min ABŞ dollarına bərabərdir. Eyni zamanda, 20,470,85 ABŞ dolları dəyərində 48,234,08 ton kartof ixrac olunub.

Bəs bu proses kartof qiymətinə necə təsir göstərəcək?

İqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, bu il ölkədə kartof yığımında azalma müşahidə edilib:.

"Bu il Azərbaycanda ötən illə müqayisədə 9,1% az kartof yığılıb. Yəni, ölkədə yığımın səviyyəsi aşağı düşüb. Bunun səbəbləri isə müxtəlifdir. İlk növbədə, yığılmış sahə azalıb. Bu il, ötən illə müqayisədə, fermerlər daha az kartof əkib. Eyni zamanda, məhsuldarlıqda da müəyyən düşüşlər baş verib. Əgər 2024-cü ildə 1 hektardan 193 sentner (1 sentner = 100 kq) kartof yığılırdısa, keçən il bu rəqəm 200 sentnerə bərabər idi. Yəni, bir il ərzində həm əkilən sahə, həm də məhsuldarlıq azalıb. Bu da nəticə etibarilə, keçən illə müqayisədə 9,1% az kartof yığılmasına səbəb olub.

İdxal olunan məhsula da baxsaq, burada da azalma müşahidə olunur. Ötən il qonşu ölkələrdən, xüsusilə də İrandan gələn məhsulda 5,4% azalma qeydə alınıb. Bu proseslərin fonunda, kartof ixracında 32% azalma müşahidə olunub.

Amma qeyd etmək lazımdır ki, ölkəmiz ümumilikdə kartofu az ixrac edir. Bu proseslər ölkədə kartofun qiymətinin keçən illə müqayisədə artmasına səbəb olub. Eyni zamanda, Rusiyaya ixracın artması qiymətlərə də təsir edən bir amildir. İstənilən məhsul ixrac edildikdə, qiymətlərində artım müşahidə olunur. Lakin məhsulun ixrac olunması sahibkarlar və iqtisadiyyat üçün vacibdir. Bu, kartof becərənlər üçün müsbət xəbərdir".

Seçilən
18
operativmedia.az

1Mənbələr