AZ

Azərbaycan Slovakiya ilə bərpa olunan enerji sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Bakı. Trend:

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov COP29çərçivəsində Slovakiyanın Baş nazirinin müavini və ətraf mühitnaziri Tomaş Taraba ilə görüşüb.

Trendİqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə ticarət,investisiya və bərpa olunan enerji sahələrində əməkdaşlığıngenişləndirilməsi müzakirə edilib.

Görüşdə qarşılıqlı iqtisadi münasibətlərin uğurla inkişaf etdiyivə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğuqeyd edilib. İqtisadi əlaqələrin gücləndirilməsi, o cümlədənticarət dövriyyəsinin artırılması məqsədilə birgə fəaliyyətin davametdirilməsinin önəmi vurğulanıb. Azərbaycan-Slovakiya iqtisadiəməkdaşlığı üzrə Birgə İşçi Qrupunun gündəliyindəki məsələlərmüzakirə edilib.

Tərəflər ticarət, investisiya, energetika, o cümlədən bərpaolunan enerji sahələrində tərəfdaşlığın genişləndirilməsi, enerjikeçidi və yaşıl enerji sektorlarında texnologiya və təcrübəmübadiləsi imkanları barədə fikir mübadiləsi aparıblar. Əməkdaşlıqpotensialının reallaşdırılmasının ölkələrimizin iqtisadi inkişafıüçün geniş perspektivlər vəd etdiyi vurğulanıb.

Seçilən
27
4
az.trend.az

5Mənbələr