Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 134 milyon 411 min 300 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricini 4,6 % üstələyib.

İndex.az xəbər verir ki, bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Bildirilib ki, istifadə olunan vəsaitin 30 milyon 188 min 400 manatı və ya 22,4 %-i məhsul istehsalı sahələrinə, 26 milyon 42 min 700 manatı və ya 19,4 %-i xidmət sahələrinə, 78 milyon 180 min 200 manatı və ya 58,2 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala vəsait qoyuluşunun 112 milyon 25 min 900 manatı və ya 83,3 %-i tikinti-quraşdırma işlərinin payına düşmüşdür ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,7 % çoxdur.

Eyni zamanda, bu ilin yanvar-oktyabr aylarında muxtar respublikada nəqliyyat sektorunda 5 milyon 998 min 700 ton yük, 39 milyon 606 min 300 sərnişin daşınıb. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1 %, sərnişin daşınması isə 1,2 % artıb.