AZ

"Meydana qələbə üçün çıxacağıq" - İsveç millisinin baş məşqçisi

İsveç yığmasının baş məşqçisi Yon Dal Tomasson Azərbaycana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur matçından əvvəl təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, C Liqasının ən yaxşı komandası olmaq istədiklərini bildirib: 

"DÇ-2026 üçün buradan pley-off şansı əldə edə bilərik. Meydana qələbə üçün çıxacağıq. Hədəfimiz sabahkı qarşılaşmada qalib gəlməkdir. Bir neçə zədəli oyunçumuz var. Sabah səhər tibbi müayinədən sonra heyətlə bağlı yekun qərarımızı verəcəyik".

Qeyd edək ki, noyabrın 19-da "Strouberri Arena"da baş tutacaq İsveç - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Seçilən
1
fanat.az

1Mənbələr