AZ

III Dünya müharibəsi başlayır?

“ABŞ, Fransa və Britaniyanın Ukraynaya uzaqmənzilli raketlərlə Rusiyanın dərinliklərinin vurulmasına icazə verməsi Putinin Ukraynanı işğal etməsinin, o cümlədən NATO-nun digər ərazilərinə hücumlar planlamasının qarşısını ala bilər”.

Bu sözləri  ABŞ-ın ölkəmizdəki sabiq səfiri Metyu Brayza deyib.

Onun fikrincə, bu qərardan sonra Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı ilə danışıqlara gələ bilər:

“Hesab edirəm, proseslər bizi gərginliyin azalmasına gətirib çıxara bilər. Bununla da Prezident Putinin Ukrayna ilə danışıqlara getməyi düşünməsi mümkündür”.

 
M.Brayza bildirib ki, Rusiya danışıqlar masasına gəlməsi üçün savaş meydanında məğlub edilməlidir:

“Lakin proseslərin dünya müharibəsinə apardığını düşünmürəm. Hətta fikrimcə, uzaqmənzilli raketlərin istifadəsinə icazə verilməsi Üçüncü Dünya müharibəsinin qarşısını alacaq”.

Seçilən
20
ednews.net

1Mənbələr