AZ

Niderland yığmasında iki itki

Niderland yığması Millətlər Liqasının VI turuna itkilərlə çıxacaq.

İdman.biz xəbər verir ki, bunu millinin baş məşqçisi Ronald Kuman açıqlayıb.

Mütəxəssis bildirib ki, Vircil van Deyk və Frenki de Yonq qrup mərhələsinin son görüşünün heyətində yer almayacaq. Onların Bosniya və Herseqovina ilə görüşü buraxmasına həkimlərin rəyi səbəb olub: “Hazırda onların yığmanın düşərgəsini tərk etməsi yaxşıdır. Həkimlərin rəyinə əsasən verilən bu qərarda futbolçuların maraqları ilk sırada olub”.

Qeyd edək ki, pley-offa vəsiqəni təmin edən Niderland yığması Bosniya və Herseqovina ilə sabah səfərdə qarşılaşacaq.

İdman.biz

Seçilən
24
idman.biz

1Mənbələr