AZ

Peskov açıqladı – Rusiyaya edilən hücumlar ona görə təhlükəlidir ki…

“Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın dərinliklərinə raketlərlə hücumlar etmək qərarı ilə bağlı vəziyyətin bütün təhlükəsi ondan ibarətdir ki, bu hücumlar Ukrayna deyil, yalnız Qərb ölkələrinin hərbçiləri tərəfindən həyata keçirilə bilər”

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Dmitri Peskov deyib.

“Bu zərbələr Ukrayna tərəfindən deyil, bu zərbələr icazə verən ölkələr tərəfindəndir”, – Kreml nümayəndəsi vurğulayıb.

O bildirib ki, hədəfin təyin edilməsi və “digər xidmətlər” də Qərb ölkələrinin hərbi mütəxəssisləri tərəfindən həyata keçirilir.

 

Bu, onların münaqişəyə cəlb olunma üsulunu əsaslı şəkildə dəyişir”, – deyə o əlavə edib.

 

Seçilən
25
medianews.az

1Mənbələr