Ağstafa Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat həyata keçirilib.
News365.az xəbər verir ki, Hüseyn Rəyat oğlu Hacıyev Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə təcili yardım üzrə həkim vəzifəsinə təyin olunub.
Hüseyn Hacıyev 15 sentyabr 1998-ci ildə Rusiyanın Novosibirsk şəhərində dünyaya gəlib. O, 2004-2015-ci illərdə Ağstafa rayonunun Göycəli kənd tam orta məktəbində təhsil alıb. Daha sonra, 2015-2021-ci illərdə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsində ali təhsilini başa vurub.
Yeni təyinatı ilə o, Ağstafa sakinlərinə tibbi xidmət sahəsində yüksək səviyyədə dəstək göstərəcək.