AZ

Su Günəşdən daha qədimdir

"Yeni bir araşdırmaya görə Yerdə və Günəş Sisteminin digər planetlərində tapılan suyun böyük hissəsi Günəşdən xeyli əvvəl yaranıb. Yer kerəsindəki suyun 30-50 faizinin kosmosdan gəldiyi təxmin edilir."

Jurnalist İbrahim Nəbioğlu bunu News365.az-a açıqlamasında deyib.

"Miçiqan universitetinin alimlərinə görə Yerdə və Günəş sistemində Yerdəki suyun bir hissəsi Samanyolu Qalaktikası ya da daha dərin kosmosdan gələn materiallardan əmələ gəlib. Bu fakt kosmosda su olan Yerə bənzər başqa planetlərin ola biləcəyi ehtimalını göstərir. Alimlər suyun 60-100 % -nin Günəşin doğulmasından əvvəl ulduzlararası məkanda yarandığını ehtimal edirlər."
Seçilən
13
1
news365.az

2Mənbələr