AZ

Zəlzələ qədim tikilini üzə çıxardı - FOTOLAR

Hatayda zəlzələdən sonra dağıntıların təmizlənməsi zamanı qədim tikili aşkar edilib.

Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, tilili tarix boyu bir çox sivilizasiyaya ev sahibliyi etmiş Antakyanın Ulucami məhəlləsində, iki mərtəbəli taxta evlərin olduğu ərazidə yerin təxminən 5 metr dərinliyində tapılıb.



Oraya pilləkənlərlə daxil olmaq mümkündür. Tikilinin qədim dövrlərdə "Şapel" adlanan xristian ibadət yeri olduğu ehtimal edilir.

Tarix həvəskarı Kamal Qorxmaz bölgənin zəngin tarixinə diqqət çəkərək deyib:



“Səyahət etməyi çox sevirəm və tarixi binaları araşdırmaq mənim üçün maraqlıdır. Bu yeri internetdə gördüm və gəlib araşdırdım. Tarixi tikili çox möhtəşəm görünür, sanki, yenicə tikilib. Zəlzələdən əvvəl burada adi evlər var idi. Zəlzələdən sonra dağıntılar təmizləndi və bu tikili ortaya çıxdı. Ümid edirəm ki, qorunaraq turizmə qazandırılar”.



Gül Çakan adlı yerli sakin isə bildirib ki, ərazidə əvvəllər iki mərtəbəli evlər var idi:

“Bu tikilinin üstündə insanlar yaşayırdı. Burada əvvəllər də zəlzələlər olub. Köhnə tikililər zamanla yeni evlərin altında qalıb. Dağıntılar təmizləndikcə köhnə daş tikililər üzə çıxır. Bu bölgədə çoxlu tarixi tikili var. Bu tikililərin qorunması və gələcək nəsillərə çatdırılması vacibdir”.



Mütəxəssislər bildirib ki, bölgədə araşdırmalar davam etdiriləcək.

Lalə, BakuPost
Seçilən
14
bakupost.az

1Mənbələr