AZ

Məhkəmə "Unimetal" şirkəti ilə bağlı cərimə qərarı verib

"Unimetal" MMC nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat vermədiyi üçün cərimələnib.

"Operativ Media"nın əldə etdiyi məlumata görə, Dövlət Yol Polisi (DYP) tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş ASC ilə bağlı müraciətə baxılıb.  

Hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə görə vəzifəli şəxslər 150 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.

Seçilən
23
1
operativmedia.az

2Mənbələr