Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan ilə Almaniya arasında ticarət mübadiləsinin dəyəri 1,1 milyard ABŞ dollarını ötüb.
FED.az xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev COP29 çərçivəsində təşkil olunan “Yaşıl transformasiya” mövzusunda Almaniya-Azərbaycan yüksək səviyyəli biznes dialoqunda deyib.
Bununla da Almaniya Azərbaycanın əsas altıncı ticarət tərəfdaşı olub.
Onun sözlərinə görə, oktyabrın 1-nə Azərbaycanda Almaniya şirkətləri aktiv fəaliyyət göstərib. 1995-ci ildən 2024-cü ilin iyun ayına qədər Almaniyadan Azərbaycana yatırılan investisiyaların həcmi 871 milyon ABŞ dollarını üstələyib və bu sərmayələrin 94 %-i qeyri-neft sektorunun payına düşüb. Öz növbəsində, Azərbaycan da Almaniyaya əhəmiyyətli sərmayələr yatırıb və bu investisiyaların ümumi həcmi hesabat dövründə 592 milyon ABŞ dolları təşkil edib. (Report)