AZ

"Qarabağ"da oynadı, indi də qol-qabırğda sındıracaq - FOTO

"Qarabağ"ın sabiq legioneri Yakub Jezniçak özünü qarışıq döyüş sənətində (MMA) sınayacaq.

Sportinfo.az xəbər verir ki, polşalı veteran müdafiəçi bu barədə özü sosial şəbəkə hesabı üzərindən məlumat yayıb.

Jezniçak paylaşımında ilk görüşünün vaxtını da qeyd edib:

"Dekabrın 7-də FAME MMA-da Rocer Salla ilə qarşılaşacağam. Emosiyalarla dolu gözəl idman mübarizəsi göstərməyə çalışacağıq!

Rəqib təcrübəlidir və o mənə xeyli problem yaşadacaq. Amma mən belə mübarizəni sevirəm".

Seçilən
25
sportinfo.az

1Mənbələr