AZ

Gürcüstanda yeni hökumətə etimad səsverməsi keçiriləcək

Noyabrın 25-də Gürcüstanda yeni hökumətə etimad səsverməsi keçiriləcək.

Bakıvaxtı.az "İnterpress.Ge"yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze məlumat verib.

Onun sözlərinə görə, müxalifətin parlament seçkilərinin nəticələrini qəbul etməkdən imtina etməsinə və etirazlara baxmayaraq, noyabrın 25-də yeni kabinet üçün etimad səsverməsi keçiriləcək:

"Yeni hökumət etimad səsverməsi almaq üçün noyabrın 25-də parlamentə təqdim olunacaq. Bütün nazirliklərə hökumət proqramının təfərrüatlarının dəqiqləşdirilməsi tapşırılıb. Gürcüstan hökumətinin yeni heyəti və dörd illik proqramı parlamentə təqdim olunacaq. Proqramımız iddialı bir proqramı əks etdirir. Bu proqram növbəti 4 il ərzində ölkəni tamamilə yeni inkişaf mərhələsinə aparacaq".

Qeyd edək ki, Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkilərindən sonra gərginlik davam edir. 

Gülşən Şərif

Seçilən
6
bakivaxti.az

1Mənbələr