Bakı. Trend:
Praqa Azərbaycan Evində həftəsonu məktəbi açılıb.
Bu barədə Trend-ə Diasporlaİş üzrə Dövlət Komitəsindən məlumat verilib.
“...Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılmasıistiqamətində də biz hər zaman kömək göstərməyə hazırıq. Əslində,bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etməklazımdır. Çünki Ana dili əsas amildir. Ana dili bütün Azərbaycanvətəndaşlarını birləşdirir” - bu sözləri Prezident İlham ƏliyevDünya Azərbaycanlılarının Şuşada keçirilən V Zəfər Qurultayındasəsləndirib.
Dövlət başçısının tapşırıq və tövsiyələri əsasında müxtəlifxarici ölkələrdə həftəsonu məktəblərinin açılması davam edir.Çexiyanın Praqa şəhərindəki Azərbaycan Evində də həftəsonu məktəbifəaliyyətə başlayıb. Məktəbdə müxtəlif yaş qruplarından olanazərbaycanlı uşaqlar ana dilini, tarix və mədəniyyətimiziöyrənirlər.
Diasporla İş üzrə Dövlət Komitəsi Praqa Azərbaycan Evindəkihəftəsonu məktəbini lazım olan bütün tədris vasitələri və əyanivəsaitlərlə ilə təmin edib, Praqada yaşayan ixtisaslı müəllimlərməktəbə cəlb olunub, burada onlarla şagirdin təhsil alması üçünlazımi şərait yaradılıb.
Bu il noyabrın 6-da açılan Praqa Azərbaycan Evinin rəhbəri LeylaBegim Cəfərova bu hadisəni Çexiyada yaşayan azərbaycanlılar üçünmühüm hadisə hesab etdiyini söyləyib. 3 uşaq anası Lamiyə Axundovabildirib ki: “Övladlarım Azərbaycan dilini mükəmməl öyrənməyə böyükmaraq göstərir. Onlar həvəslə həftəsonu məktəbinin xidmətlərindənistifadə edəcəklər”.
Qeyd edək ki, bu gün dünyanın müxtəlif ölkələrində 100-dən çoxhəftəsonu məktəbi xaricdəki azərbaycanlı uşaq və gənclərə, eynizamanda Azərbaycanı sevən əcnəbilərə xidmət göstərir. 18 xariciölkədəki Azərbaycan Evinin də hər birində həftəsonu məktəbi açılıbvə işini uğurla davam etdirir.