AZ

Türkiyədə yeni tədris proqramına bu mövzular daxil edilib - Yusuf Tekin açıqaldı

"Türkiyədə yeni tədris proqramına iqlim dəyişikliyi, ətraf mühit və davamlı inkişaf mövzuları daxil edilib".

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin təhsil naziri Yusuf Tekin COP29 çərçivəsində "Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı" mövzusunda yüksək səviyyəli paneldə çıxışı zamanı deyib: "Bu dərslər vasitəsilə şagirdlərdə həm ekoloji problemlər haqqında məlumatlılıq yaratmaq, həm də bu sahədə innovativ həllər hazırlamaq qabiliyyətini inkişaf etdirmək məqsədilə mühüm addımlar atılır. Təhsil proqramlarında ətraf mühit təhsili, iqlim dəyişikliyi, yaşıl texnologiyalar, innovativ həllər və yaşıl iqtisadiyyat mövzuları əsas yer tutur.

Proqramda xüsusilə, qadın və uşaqların rolunu artırmaq, onları iqlim dayanıqlığı prosesinə daha fəal şəkildə cəlb etmək üçün xüsusi strategiyalar hazırlanır. Bununla yanaşı, yaşıl iqtisadiyyata keçidi dəstəkləyən təhsil strategiyaları, ekoloji sektorlarda işçi qüvvəsinin bacarıqlarını artırmaq və rəqəmsal transformasiya mövzuları üzərində də iş aparılır".


Müəllif: Rəqsanə Həsənova
Seçilən
33
teleqraf.com

1Mənbələr