Bakı. Trend:
Bu ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyininrayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 77172 doğulan körpəqeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalininhər 1000 nəfərinə bu göstərici azalaraq 11,2-dən 10,1-ədüşmüşdür.
Bu barədə TrendDövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, doğulan körpələr arasında oğlan uşaqlarınınxüsusi çəkisi 53,0 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,0faiz olub. Körpələrdən 2514-ü əkiz, 102-si üçəm və 4-ü isə dördəmdoğulub. Doğum səviyyəsi əhalinin hər 1000 nəfərinə Dağlıq Şirvan(12,7), Lənkəran-Astara (12,0), Qarabağ və Şərqi Zəngəzur (11,9),Quba-Xaçmaz (11,8), Mil-Muğan (11,5), Mərkəzi Aran və Şirvan-Salyan(11,2), Qazax-Tovuz (11,1) iqtisadi rayonlarında ölkəgöstəricisindən (10,1) yüksək olub. Cari ilin 9 ayı ərzində ölkədə43932 ölüm halı qeydə alınmış və 2023-cü ilin müvafiq dövrü iləmüqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 5,9-dan5,7-yə düşmüşdür.