AZ

Faiq Mütəllimov: "Göllərin mühafizəsi şəhər dayanıqlılığında vacib rola malikdir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Böyük Şor gölünün bərpasının layihəsinin ikinci mərhələsinə, yəni gölün qərb hissəsinin bərpası ilə bağlı layihə sənədləri hazırlanıb".
Oxu.Az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov jurnalistlərə açıqlamasında deyib.
Mütəllimov qeyd edib ki, göllərin mühafizəsi şəhər dayanıqlılığında və şəhər həyatındakı vacib rola malikdir:
"Abşeronda göllərin bərpası istiqamətində 2014-2015-ci illərdə Böyük Şor gölünün şərq hissəsi artıq bərpa olunub və ətrafında bulvar salınıb. İndi isə Böyük Şor gölünün bərpasının layihəsinin ikinci mərhələsinə, yəni, gölün qərb hissəsinin bərpası ilə bağlı layihə sənədləri hazırlanıb. Bundan əlavə, Zığ gölünün bərpası ilə bağlı da layihə sənədləri və texniki-iqtisadi məsələlər var. Hər iki layihənin icrasına yaxın zamanlarda başlanılması nəzərdə tutulur. Bu layihə çərçivəsində Böyük Şor gölünün 300 hektara yaxın sahəsinin təmizlənməsi və həmin ərazidə Böyük Şor bulvarının salınması ilə bağlı təqdimatlar olacaq. Göllərin bərpası Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında xüsusi vurğulanıb və bu göllərin ətraflarının gələcəkdə yaşıllıq zonasına çevrilməsi planlaşdırılır".
Aygün Mirakif
Seçilən
22
50
oxu.az

10Mənbələr