AZ

İnfeksionis: Azərbaycanda meymunçiçəyi ilə bağlı şüphəli xəstə görülməyib

Meymunçiçəyi virusu yeni ştamı ilə yenidən gündəmə gəlib.
Sentyabrdan bu günə qədər 3 mindən çox insana yoluxan virusun yeni ştamı bu dəfə ABŞ-də qeydə alınıb.
İnfeksionist Aytən Ziyadova "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, virusun tərkibi COVID-dən fərqli olduğundan geniş kütləyə yoluxma halı gözlənilən deyil. Eyni səbəbdən virusun mutasiyası da müşahidə edilmir.
Aytən Ziyadova qeyd edib ki, hazırda bu virusa ölkəmizdə rast gəlinməsə də, bütün ilkin tədbirlər görülüb və vəziyyət mütəxəssislər tərəfindən diqqətdə saxlanılır. Bununla yanaşı, meymunçiçəyi istisna hallarda öldürücü xarakter daşıya bilir.
İnfeksionistin sözlərinə görə, meymunçiçəyi virusu koronavirus kimi gizli yayılmır. Birbaşa təmas yolu ilə yoluxur və irinli səpkilərlə müşahidə olunur. Yoluxan şəxsdə yüksək hərarət və əzələ ağrısı müşahidə edilir.

İnfeksionist-həkim Vasif Əliyev isə “Sherg.az" açıqlamasında bildirib ki, Afrikadan başlayaraq dünyanın bir çox ölkələrində müşahidə olunan  meymunçiçəyi virusunun Azərbaycanda olub olmaması insanları maraqlandırır:

“Hələ ki, Azərbaycanda meymunçiçəyi ilə bağlı şüphəli xəstə görülməyib. Ümumiyyətlə belə bir hal olan zaman TƏBİB və Səhiyyə Nazirliyi tərəfindən ictimaiətə bildirilər. Meymunçiçəyi virusunun öldürücülük qabiliyyəti var. Xüsusilə də uşaqlarda və yaşlılarda daha ağır formada keçə bilir. Səpgilər suçiçəyi səpgisinə bənzəsə də onnan da böyükdür. Əsasən gövdə və üz nahiyəsində olur. Daha əvvəl bu xəstəlik dünyada yayılmışdı və artıq azalıb. Meymunçiçəyi virusu həm ağırlaşdırır, həm də ikinci bakterial infeksiyon qoşulduğu vaxt daha təhlükəli hal ala bilir. Buna qarşı peyvəndlərdə var. Həmçinin aniviral dərman preparatları da mövcuddur. Hazırda profilaktik olaraq peyvəndlərdən istifadə olunur. Ancaq məhdud sayda olduğuna görə bu peyvəndlər bir çox ölkələrdə yoxdur. Xəstəliyin əlamətləri olduq da, xüsusilə də xəstəlik olan ölkəy səyahət edən insanlarda bu cür səpgilər görünən zaman mütləq həkimə müraciət edilməlidir. Çünki xəstə izolyasiya olunmalıdır. Yəni başqa insanlara xəstəliyin ötürülməsinin qarşısını almaq üçün izolyasiya olunur. Xəstəxanaya yerləşdirildikdən sonra artıq müalicə başlamalıdır. Xəstəlikdən qorunmaq üçün ən doğru yoldan biri peyvənd, digəri isə bu cür səpgilər olan insanlarla təmasdan qaçmaqdır”.
Seçilən
23
sherg.az

1Mənbələr