AZ

“UNİBANK”-IN SAHİBİNİN DEPUTAT OĞLU İLƏ SƏHM ƏMƏLİYYATI - Fransanın yaxın dostu Avropa bankını aldadıb?

"Unibank"-ınəsas səhmdarı Eldar Qəribov ötən il bankda səhmlərini 7.31 faiz artıraraq 91 faizə yüksəldib”.

“AzPolitika” xəbər verir ki. Bu barədə araşdırmaçə jurnalist Cavanşir Həsənli “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, bu işdə ona yaxın dostu, Fransanın Nisada şəhərində qapı qonşusu olan iş adamı Bəylər Məmmədov kömək edir.

C.Həsənli idia edir ki, Bəylər Məmmədov və kürəkəni Kamal Hacıyev (deputat Sabir Hacıyevin oğlu) Maltada təsis etdiyi LENSTOR ENTERPRISES LTD şirkəti üzərindən Lüksemburqda sahib olduğu "Canley Finance SA" maliyyə şirkəti vasitəsilə bankın səhmlərinin 7.31 faizini digər səhmdardan alıb, sonra Lüksemburq şirkəti adından əsas səhmdara satıb.

“Yəni sol əlini boynunun arxasından aparıb sağ qulağını qaşıyıb. İctimaiyyətə elə təqdim olundu ki, guya Eldar Qəribov səhmləri xarici şirkətdən alıb. Ola bilsin ki, Eldar Qəribov bununla təkcə ictimaiyyəti deyil, bankın digər səhmdarı olan Avropa Yenidənqurma və İnkişaf Bankını və Almaniyadakı tərəfdaşını da aldadıb”, - araşdırmaçı jurnalist yazıb.

Cavanşir Həsənli xatırladır ki, Eldar Qəribov "Unibank"-ın əsas səhmdarı, Müşahidə Şurasının sədridir, Malta vətəndaşlığı var, Fransa Prezidentinin fərmanı ilə bu ölkənin ali mükafatı - “Fransanın Fəxri Legion Kavaleri ordeni” ilə təltif olunub.

Seçilən
38
azpolitika.info

1Mənbələr