Qazla bağlı hadisələr, qəzalar bir çox hallarda dağıntı və ölümlə nəticələnir. Belə hallarda, adətən, qaz təchizatçısı günahkar hesab edilir, lakin qazdan istifadə edən abonenetlərin də öz vəzifələri və məsuliyyətləri var. Faktlar göstərir ki, belə hadisələrin azı 90 faizi abonentlərin məsuliyyətsizliyi, məlumatsızlığı nəticəsində baş verir. Misal üçün, qeyri-standart qaz cihazlarından istifadə, qazla işləyən sistemlərin təlimata uyğun olmayan formada çəkilməsi və quraşdırılması, qapalı otaqlarda qaz cihazlarından düzgün istifadə edilməməsi və havalandırma yaradılmaması nəticəsində baş verən dəm qazından zəhərlənmə halları və s.
Yaşayış evlərində, ictimai binalarda, təhsil, səhiyyə, digər idarə və müəssisələrdə təbii qazdan istifadə zamanı Təhlükəsizlik Qaydalarına ciddi riayət edilməlidir.
Bunları yadda saxlamalıyıq;
- Mənzilə daxil olarkən qaz sızmasının olmadığını təyin etməmiş açıq oddan və elektrik şəbəkəsindən istifadə etməməliyik,
- Qaz cihazlarından istifadə etməzdən əvvəl mütləq otağın havasını dəyişməli, yalnız qaz iyinin olmadığına əmin olduqdan sonra cihazı yandırmalıyıq,
- Qaz cihazlarından istifadə edərkən yanan odu odluğa yaxınlaşdırdıqdan sonra qaz kranını açmalıyıq,
- Qaz cihazlarını nəzarətsiz qoymamalıyıq. Kiçik yaşlı uşaqların, ruhi xəstələrin, qazdan istifadə etməyi bacarmayan şəxslərin qaz cihazlarından istifadə etməsinə imkan verməməliyik.
- Qaz cihazlarından istifadə edib qurtardıqdan sonra cihaz üzərindəki işlək kranı bağlamalıyıq.
- Qaz iyi hiss etdikdə, dərhal bütün kranları bağlamaq, elektrik cihazlarını şəbəkəyə qoşmayın, işlək cihazları şəbəkədən ayırmamamaq, işığı yandırıb-söndürməmək və mənzilin havasını dəyişdirmək və 104 nömrəli telefonla qaz-qəza xidmətinə müraciət eetmək lazımdır.
- Uzun müddətə evi və ya mənzili tərk etdikdə, həmçinin gecə vaxtlarında yatmazdan əvvəl qaz cihazları üzərindəki və nəzarətçi kranları bağlamalıyıq.
- Yanğın baş verdikdə dərhal mənzilə və ya evə gedən qaz xətti üzərindəki giriş kranını (ventili) bağlamalı, 101 №-li telefonla FHN-nin yanğından mühafizə xidmətinə, 104 №-li telefonla isə qaz-qəza xidmətinə xəbər verməliyik.
- Daxili qaz kəmərləri və qaz cihazlarına profilaktik xidmət göstərilməsinə maneçilik törədə bilən işlərə yol verməməliyik.
- Qaz sobalarının və su qızdırıcılarının tüstü kanalları (bacaları), mətbəx və vanna otaqlarının ventilyasiya kanalları (havadəyişmə yolları) qış mövsümünün başlanmasına qədər bina və fərdi yaşayış evlərinin sahibləri tərəfindən təmizlənməli, təmir etdirilməli və onların vaxtaşırı yoxlanılması təmin olunmalıdır.
- İctimai binalarda, təhsil, səhiyyə, digər idarə və müəssisələrdə təbii qazdan istifadəyə cavabdeh şəxslər təyin edilməlidir. Məsul şəxslər müəsissə rəhbərinin əmri ilə təyin edilməli və “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları” na uyğun olaraq imtahan verməlidirlər.
Abonentlərə qadağandır;
- Özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapayıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq,
- Qaz qurğusunun quraşdırıldığı yerin quruluşunu (planını) müvafiq razılaşma olmadan dəyişdirmək;
- Qaz qurğularının quruluşuna (konstruksiyasına) dəyişikliklər etmək, tüstü bacalarının və havadəyişmə xətlərinin quruluşunu dəyişdirmək, havadəyişmə xətlərini bağlamaq, tüstü bacalarının təmizlənməsi üçün nəzərdə tutulan "cibləri" hörmək və ya bağlamaq;
- Qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək;
- Tüstü bacalarına və suqızdırıcıların tüstü ötürücü xətlərində özbaşına əlavə şiberlər (qapaqlar) quraşdırmaq;
- İldə bir dəfədən az olmayaraq tüstü və havadəyişmə xətlərinin növbəti yoxlamalarını və təmizləmələrini aparmadan qazdan istifadə etmək;
- Nəfəsliklər, jalüzlü barmaqlıqlar, havadəyişmə xətlərinin barmaqlıqları bağlı saxlandıqda, tüstü bacalarında və havadəyişmə xətlərində havanın sovrulması baş vermədikdə, vanna otaqlarının qapıları altında dəliklər olmadıqda, həmin otaqlarda qaz qurğularından istifadə etmək;
- İşləyən qaz qurğularını nəzarətsiz qoymaq (daimi fəaliyyət üçün nəzərdə tutulmuş və müvafiq avtomatlaşdırma ilə təchiz edilmiş cihazlardan başqa);
- Qazdan və qaz qurğularından təyinatına uyğun olmayan məqsədlər üçün və qaz plitələrindən yaşayış sahəsinin qızdırılması üçün istifadə etmək;
- Qaz sızmasının aşkarlanmasında açıq oddan istifadə etmək;
- Qanunvericiliyə uyğun sertifikatlaşdırılmamış qaz qurğularından istifadə etmək;
- Qaz cihazları üzərində paltar və ya diğər alışa bilən əşyaların qurutmaq;
- Qaz cihazları olan otaqlarda tez alışan mal və materialların yerləşdirmək və saxlamaq,
-Qaz xətlərinin özbaşına çəkilməsi, qaz cihazlarının yerinin dəyişdirilməsi, təmiri və əlavə qaz cihazlarının quraşdırılması.
- Qaz cihazları olan otaqlarda tez alışan mal və materialların yerləşdirilməsi və saxlanması.
Dəm qazı zəhərlənməsindən necə qorunmalı?
Məişət qaz cihazları quraşdırılan otaqlarda tələb edilən texniki normalar var ki, onlara riayət etməklə təhlüksizliyimizi təmin edə bilərik. Məsələn, təbii qazla işləyən tutumlu və axımlı su qızdırıcıları quraşdırılan vanna otaqları aşağıdakı tələblərə cavab verməlidir:
- təbii qazla işləyən axımlı su qızdırıcıları quraşdırılan vanna otaqlarının həcmi 7,5 m3- dən, tutumlu su qızdırıcıları quraşdırılan vanna otaqlarının həcmi isə 6,0 m3 - dən az olmamalıdır;
- vanna otağında ventilyasiya kanalı və tüstü bacası olmalıdır;
- vanna otağının qapısı çölə açılmalı, təmiz havanın daxil olması üçün qapı ilə döşəmə arasında sahəsi 0,02 m2- dən az olmayan sahə olmalıdır və ya qapının aşağı hissəsində ümumi sahəsi həmin sahəyə ekvivalent olan dəliklər açılmalıdır;
- vanna otaqlarının daxili qaz xətləri və onlar üzərindəki işçi və nəzarətçi kranlar layihədə nəzərdə tutulmuş yerlərdə quraşdırılmalıdır;
- vanna otağında bütün qaz xətləri və onların yivli birləşmələri üçün istifadə edilən hissələr (fitinqlər) poladdan olmalıdır;
- təbii qazla işləyən axımlı su qızdırıcıları yanmayan divarda quraşdırılmalıdır və divardan ən azı 2 sm aralı olmalıdır.
- yaşayış binalarında qaz plitələri quraşdırılan mətbəxlərin hündürlüyü 2,2 metrdən az olmamalıdır. Nəfəsliyi və ventilyasiya kanalı olmalıdır;
- mətbəxin həcmi dördgözlü plitələr üçün 15 m3-dən, üçgözlü plitələr üçün 12 m3-dan, ikigözlü plitələr üçün 8 m3–dən az olmamalıdır;
- mətbəxdə quraşdırılan qaz plitəsi ilə qarşı divar arasında ən azı 1m məsafə olmalıdır.
Hər bir halda özümüzün doğmalarımızın qonşularımızın təhlükəsizliyi, həyatı bu qaydalara düzgün riayət etməkdən əsaslı dərəcədə asılıdır. Bu işdə məsuliyyətli olmalı və faciələrin baş verməsinə imkan verməməliyik.
Elçin Bayramlı