Premyer Liqa nəhəngi "Mançester Yunayted" heyətinə perspektivli ulduz futbolçu qatmaq istəyir.
EDnews xəbər verir ki, "Mançester Yunayted" “Sportinq”in istedadlı futbolçusu Quendanı transfer etmək üçün hərəkətə keçib. Bildirilir ki, futbolçu hələ “Sportinq”ə transfer olmazdan əvvəl "Mançester Yunayted" onu heyətinə cəlb etmək istəyib. Lakin transfer reallaşmayıb. “A Bola” xəbər verir ki, Quenda “Sportinq”lə müqaviləsini 2027-ci ilə qədər uzatmazdan əvvəl hücumçunun sərbəst qalma məbləği 45 milyon avro idi. Lakin indi bu məbləğ 100 milyon avrodur.
Bildirilir ki, “Sportinq” futbolçunun ucuz qiymətə klubdan getməsinə razılıq verməyəcək. İstedadlı futbolçu ilə Avropanın bir sıra nəhəng klubları maraqlanır.