AZ

Bu il 102 üçəm, 4 dördəm doğulub

2024-cü ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 77 172 doğulan körpə qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi  məlumat yayıb.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,2-dən 10,1-ə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,0 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,0 faiz olub. Körpələrdən 2 514-ü əkiz, 102-si üçəm və 4-ü isə dördəm doğulub.

Seçilən
19
13
konkret.az

10Mənbələr