AZ

Türkiyədə DEM Partiyaya qarşı əməliyyat keçirilib, iki nəfər saxlanılıb

Türkiyə Xalqların Bərabərliyi və Demokratiya Partiyasının (DEM Partiya) İstanbul Esenyurt qəsəbə təşkilatının həmsədrləri saxlanılıb.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, onlara qarşı İstanbul Baş Prokurorluğunun qərarı ilə əməliyyat keçirilib.

Nəticədə partiyanın Esenyurt qəsəbə təşkilatının həmsədrləri Abdullah Arınan və Rojda Yılmaz saxlanılıb.

Onların saxlanılma səbəbi hələ açıqlanmayıb.

Qeyd edək ki, Türkiyə ictimai rəyində DEM Partiya terrorçu PKK-nın siyasi qanadı kimi tanınır.

Seçilən
6
3
report.az

4Mənbələr