AZ

“Turan”da 13 qol vuran hücumçu xaricdən təklif aldığını etiraf etdi

“Turan Tovuz”un formasını geyinən Otto Con mövsümün əvvəlində ölkəmizi tərk etmək üzrə idi.

Asiya ölkəsindən aldığı təklifin maliyyə tərəfinə isti yanaşan nigeriyalı hücumçu ayrılıq arzusundaydı.

Lakin bölgə təmsilçisi ilə iyulda bağladığı müqavilə arzusunun reallaşmasına mane oldu.

Otto Sportinfo.az-a açıqlamasında faktı təsdiqləyib:

“Artıq ikinci ildir “Turan”dayam. Uyğunlaşma dövrünü geridə qoymuşam, özümü yaxşı hiss edirəm.

Əsas odur mehriban kollektivə sahibik. Uğur qazanmaq üçün bir-birimizə kömək edirik.

Ad çəkməyəcəyəm, bir neçə həftə öncə Asiya klubundan təklif almışdım. “Turan”la bağladığım müqaviləyə hörmət etmək məcburiyyətində qaldım.

Digər tərəfdən, başqa ölkəyə getmək üçün uyğun vaxt deyildi. Klub rəhbərliyi ilə danışandan sonra bir-birimizi başa düşdük. “Turan”a arxa çevirə bilməzdim”.

Otto Con 2023-cü ilin yanvarından formasını geyindiyi bölgə təmsilçisində daxili yarışlarda meydana çıxdığı 50 oyunda 13 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Seçilən
18
sportinfo.az

1Mənbələr