AZ

Azərbaycanla Braziliyanın prokurorluq orqanları arasındakı əməkdaşlıq müzakirə edilib

Yazını böyüt
Yazını kiçilt

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir. Baş prokuror Kamran Əliyev Braziliya Federativ Respublikasının Baş prokurorun müavini Hindenburq Çatebriandın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə hafta.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Kamran Əliyev ölkələrimiz arasında isti münasibətlərin mövcud olduğunu, bir sıra sahələrdə uğurlu əməkdaşlıq təcrübəsi yarandığını və ölkələrimiz arasında hüquqi əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib. O, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ən yüksək səviyyədə təşkil olduğunu vurğulayıb.

COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması" adlı yüksəksəviyyəli sessiyasının uğurla başa çatması barədə danışan tərəflər ətraf mühitin mühafizəsində hüquq-mühafizə orqanlarının qarşılıqlı əməkdaşlığının vacibliyini bildiriblər.

Braziliya Federativ Respublikasının Baş prokurorun müavini təmsil etdiyi qurumun Azərbaycanın prokurorluq orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib, iki ölkə arasındakı əlaqələrin gələcəkdə də inkişaf etdirilməsinin zəruriliyindən və perspektivlərindən danışıb. O, Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbirə hazırlığının ən yüksək səviyyədə olduğunu və dünyada ekoloji problemlərin qarşısının alınmasında onun oynayacağı mühüm rolu diqqətə çatdırıb. COP29 çərçivəsində təşkil olunan "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması" adlı yüksəksəviyyəli sessiyanın uğurla başa çatması da xüsusi vurğulanıb.

Seçilən
22
9
hafta.az

10Mənbələr