AZ

Pompey turistik məkanında ziyarətçi məhdudiyyəti tətbiq olunur

İtaliyada yerli insanları və həssas tarixi yerləri “overturizm”in mənfi təsirlərindən qorumaq üçün ard-arda yeni tədbirlər elan edilib.

"Cebheinfo.az" xəbər verir ki, noyabrın 15-dən etibarən dünyanın ən məşhur arxeoloji abidələrindən biri olan Pompeydə giriş məhdudiyyətləri qoyulub. Pompey Arxeoloji Parkına gündəlik ziyarətçi limiti 20 min olaraq müəyyən edilib, sıx dövrlərdə və saatlarda isə limit 5 minə endiriləcək.

Eramızın 79-cu ildə Vezuvi dağının püskürməsi nəticəsində dağıdılan Pompey Qədim Şəhərinin xarabalıqlarını ötən il 4 milyon insan ziyarət edib.

Arxeoloji sahədə gündəlik rekord, pulsuz girişin həyata keçirildiyi keçən oktyabrın ilk bazar günü 36 mindən çox ziyarətçi ilə qırıldı.

Park direktoru Gabriel Zuchtriegel, bu cür izdihamın həm ziyarətçilər, həm də "unikal və həssas tarixi irs" üçün risk yarada biləcəyi səbəbiylə yeni tədbirlərə ehtiyac olduğunu söylədi.

Seçilən
49
1
cebheinfo.az

2Mənbələr