AZ

“İctimai nəqliyyatın inkişafına dövlət dəstəyi vacibdir” - Ekspert

Azərbaycanda gələn il büdcədən ictimai nəqliyyatla bağlı islahatlara 150 milyon manatın ayrılması planlaşdırılıb. 

Bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.

Verilən məlumata görə, 2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən hüquqi şəxslərə digər subsidiyalar üzrə 298,6 milyon manat artım nəzərdə tutulur.

Bu subsidiya ictimai nəqliyyatın  hansı istiqamətlərinin fəaliyyətinin yaxşılaşdırlamsı üzrə daha çox ayrılmalıdır?

Mövzu ilə bağlı Valyuta.az-a danışan nəqliyyat məsələləri üzr ekspert Yasin Mustafa qeyd edib ki, bu sahəyə hər zaman dövlət dəstəyi vacibdir:

“İctimai nəqliyyat faydalı çalışmır, gəlirli sahə deyil. Bu sahəyə hər zaman dövlət dəstəyi olmalıdır ki, tələblərə, vətəndaşların arzu və istəklərinə uyğun həm nəqliyyat vasitəsi, texniki təchizatı və s. məsələlərlə bağlı normal şəkildə fəaliyyət göstərsin. Bütün bunlara görə də 150 milyon manatın ayrılması nəzərdə tutulub”. 

“İctimai nəqliyyatda hazırda hansı islahatların aparılmasına ehtiyac var” sualına cavab olaraq həmsöhbətimiz bildirdi ki, hazırda avtobusların sayının artırlmasına ehtiyac daha çoxdur:

 “Hazırda Bakı şəhərində 2000-ə yaxın avtobus fəaliyyət göstərir, onların sayının 2500-ə çatdırılması planlaşdırılır. Lakin Bakı kimi şəhər üçün 2500 ədəd avtobus azdır. İlk olaraq müasir, yeni avtobusların gətirilməsi  nəzərdə tutulmalıdır. Düşünürəm ki, bu sahədə görüləcək yeni işlər əlavə xərc tələb edir. Məsələn, gedilən məsafəyə görə ödənişin müəyyən edilməsi ilə bağlı sistemin qurulması xərc tələb edir. Onna görə də dövlətin dəstəyi vacibdir. Lakin mən düşünürəm ki, yeni nəqliyyat vasitələrinin alınması daha vacibdir, eyni zamanda infrastrukturun qurulmasında, tətbiqlərin yaradılmasında və s. perspektivdə nəzərdə tutulan işlərin həyata keçirlməsində dövlət dəstəyi vacibdir”. 

Yasin Mustafanın sözlərinə görə, ictimai nəqliyyatın işinin təkmilləşdirilməsi bu tıxaclardan qurtulmaq üçün bizim yeganə çıxış yolumuzdur:

“Ona görə də bu sahəyə ayrılan hər bir manat faydalı, məqsədyönlü şəkildə istifadə edilməlidir ki, biz bunun faydasını görək. 

Hazırda avtobus zolaqları yaradılır. Bu zolaqlara şəhərin çox yerində rast gəiirik. Həmin zolaqlar bəzi yerlərdə kəsişir, elə yerlər var ki, digər nəqliyyat vasitələri onların yoluna çıxır və yaxud da həmin zolaqlar bitir, lakin  o zolaqlar davamlı olmalıdır. Vətəndaş ictimai nəqliyyata güvənməlidir, daha rahat şəkildə ictimai nəqliyyatdan istifadə də biləcəyini fikirləşib, alternativlər fikirləşməməlidir. Hazırda bu yenilik çox yerdə effektini verir. Müxtəlif istiqamətlərdə vətəndaşlar öz şəxsi avtomobillərindənsa, ictimai nəqliyyata üstünlük verir. Lakin bu sahədə görünən işlər davamlı olmalıdır”. 

Davud

Seçilən
28
50
valyuta.az

10Mənbələr