Millətlər Liqasında sabah millimizlə üz-üzə gələcək İsveç yığmasının baş məşqçisi Yon Dal Tomasson mətbuat konfransı keçirib.
“Qafqazinfo” xəbər verir ki, danimarkalı mütəxəssis C Liqasının ən yaxşı komandası olmaq istədiklərini bildirib:
“Azərbaycanla oyunda qələbə qazanmaq istəyirik. Meydana 3 xal üçün çıxacağıq. Bizim üçün önəmli matçdı. DÇ-2026 üçün buradan pley-off şansı əldə edə bilərik. Heyətdə zədəli futbolçular var. Sabah səhər tibbi müayinədən sonra heyətlə bağlı son qərarı verəcəyik”.
Qeyd edək ki, noyabrın 19-da keçiriləcək İsveç - Azərbaycan matçı saat 23:45-də başlayacaq.