AZ

UNICEF rəsmisi: Son iki ildə 400 milyon uşaq təbii fəlakətlər səbəbindən məktəbə gedə bilməyib

Havanın çirklənməsi, meşə yanğınları, qalıq yanacaqların istifadəsi uşaqlara zərər verir və bu zərər geri dönməzdir.

"Report" xəbər verir ki, bunu UNICEF-in Baş katibinin köməkçisi və icraçı direktorun tərəfdaşlıq üzrə müavini Kitti van der Heyden COP29 çərçivəsində keçirilən "Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti üzrə yüksək səviyyəli dəyirmi masa"da deyib.

O qeyd edib ki, Pakistanda, Afrikada və s. bölgələrdə uşaqlar ölürlər:

"Çünki yeni doğulmuş körpələrin tərləmə qabiliyyəti olmur və isti iqlim onları məhv edir. Onlar orqan çatışmazlığından və ya isti vurmasından həyatlarını itirirlər.

Son iki ildə 400 milyon uşaq daşqınlar, quraqlıqlar və ya istilər səbəbindən məktəbə gedə bilməyib. Bu, təkcə öyrənmə nəticələrinə deyil, həm də gələcək demoqrafiya göstəricilərinə ciddi təsir edir".

O vurğulayıb ki, quraqlıq, daşqın, qasırğa kimi təbii fəlakətlərlə üzləşən uşaqların 43 faizində travma sonrası stress sindromu yaranır:

"Qızlar təhsili tərk edirlər. Belə olarsa, hər il 12,5 milyon qız uşağı iqlim dəyişikliyi səbəbindən məktəbi bitirə bilməyəcək. Düşünürəm ki, artıq bu problemi həll etməyin vaxtıdır".

Seçilən
39
8
report.az

9Mənbələr